AZ

“Cavanşir Məmmədovu əsəbləşdirib öldürdülər”

Xəbər verdiyimiz kimi Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəbə olmuşdu. Ölümündən sonra da mərhumun verilişlərdə dediyi fikirlər sosial şəbəkələrdə yayımlanaraq müzakirələrə səbəb oldu. Bəziləri onun bu vəsiyyətinə əməl olunub-olunmadığı ilə maraqlandı. 

Qlobal.net bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı Cavanşir Məmmədovun ölümünün onu sarsırtdığını bildirib: “Kimsə bir başqasının arxasınca danışırsa, onun günahlarını yuyur. Bir şəxsin arxasınca danışırsansa, onun eybini açırsansa, hansısa hərəkətini başqalarına deyirsənsə, onun günahlarını yumuş olursan. Hər kəs öz həyatına baxmalı və öz həyatını yaşamalıdır. 

Cavanşir Məmmədovun rəhmətə getməsi məni sarsırtdı. Mən Cavanşir müəllimi həmişə çalışan görmüşəm, daim ailə üçün işləyib. İnsan ailəsi, övladları üçün çalışır, heç kəs yalnız özünü düşünmür. Cavanşir müəllimin malı kimə qaldı ki, nə qədər çalışmışdısa, elə öz övladlarına qaldı, Allah sağlıqlarına qismət etsin... O, zəhmətkeş ata, ailə başçısı idi, ömür boyu çalışmışdı. Cavanşir müəllim efirlərə çıxmasaydı da normal həyatını yaşa biləcək biri idi. Onun ölümü məni silkələdi, anladım ki, hər danışılana cavab vermək, hər atılan daşa dönüb baxmaq lazım deyil. Mən başa düşdüm ki, əgər normal yaşamaq istəyirsənsə, tez ölmək istəmirsənsə, gərək hər şeyə reaksiya verməyəsən. Əsəb, stresslə uzun yaşamaq olmur. Mən özüm üçün nəticə çıxardım ki, hər çağırılan verilişə getmək, hər sualı cavablamaq lazım deyil. Mən özüm üçün bu nəticəni çıxardım və həyatımda da tətbiq edəcəyəm”. 

X.Şuşalı qeyd edib ki, son vaxtlar mərhum ifaçını tez-tez efirlərə çağıraraq ona qıcıqlandırıcı suallar verirdilər. O, həmkarının dediyi bəzi fikirlərin tamamilə yanlış anlaşıldığını deyib: “O insanın xroniki və ya sağalmaz xəstəliyi yox idi, sadəcə o qədər əsəb, stress keçirdi ki, özünü gərgin vəziyyətə saldı. Onu tanımayan yox idi, yəni heç efirlərə çıxmağına da gərək yox idi. Efirlərdə qıcıqlandırıcı sözlər deyirdilər, lazımsız suallar verib onu əsəbiləşdirirdilər. Hətta bir dəfə verilişlərin birində “İstəyirəm ki, həyat yoldaşımı mən basdırım” demişdi, sonradan bu kadrları paylaşıb müzakirə mövzusuna çevirdilər. Amma Cavanşir müəllim həmin sözü o mənada yox, tamam fərqli düşüncə ilə demişdi. Bir kişi olaraq istəmişdi ki, xanımı ondan sonra ortada qalmasın. Cavanşir Məmmədov hər aləmdə hörməti olan şəxs idi, istər “Vorovskoy” aləmdə, istərsə də belə özünə görə hörməti olan, hörmətini özü qazanan insan idi. 

Son vaxtlar bəzi verilişlər, saytlar, sosial şəbəkələr onu cəmiyyətə mənfi göstərməyə çalışırdı. Onun da yaşı az deyildi, istər-istəməz bu söz-söhbətlər onu əsəbiləşdirirdi.

Onun ölümünə çox pis oldum. Bir daha anladım ki, bu dünyada özün üçün yaşamalısan, kim nə dedi deyə daim düşünüb hər şeyə önəm verməməlisən. Özündə bu kimi düşüncələri “söndürməlisən”. Belə etməsən, əsəb, stress insana normal yaşamağa imkan vermir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16597
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11695
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5323
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5237
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3681
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3227
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3198
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2993
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2727
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2488
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2456
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2369
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2255
Hidayət Heydərov dünya çempionu oldu
2021
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1879