AZ

Paşinyan İlham Əliyevin təklifinə uyğun işçi qrup yaratdı...

Elşad Həsənov: “Zamanında Paşinyan Prezident Əliyevə qulaq assaydı proses bu qədər uzanmazdı”Ermənistan baş naziri Nikol Paşinyanın qərarı ilə "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi" məsələləri üzrə komissiya" yanında işçi qrup yaradılıb.Bu barədə erməni KİV-i məlumat yayıb.Məlumata görə, həmçinin Voskepar, Kirants, Bağanis və Berkaber yaşayış məntəqələrinin inzibati rəhbərləri və sakinlərinin də daxil olacağı işçi qrupa Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək. İşçi qrupun fəaliyyətini koordinasiya etmək vəzifəsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin departament direktoru David Sanamyana tapşırılıb. Qrup sərhəd xəttinin məlum 4 kəndi daxil olmaqla bir neçə kəndin ərazisində koordinatların dəqiqləşdirilməsi ilə məşğul olacaq. Ən son məlumatlara görə, artıq koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb.Ancaq Paşinyandan əvvəl Prezident İlham Əliyev 2021-ci ilin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə ordumuzun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə işçi qurupun yaradılması təşəbbüsü ilə çıxış edib: “Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır”.“O zaman delimitasiya ilə bağlı işlər başlasaydı, indi xeyli məsafə qət edilmişdi”Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, zamanında Paşinyan Prezident Əliyevə qulaq assaydı proses bu qədər uzanmazdı: “Hələ 2021-ci ildə Prezidentimiz işçi qrupun yaradılması ilə bağlı təşəbbüslə çıxış edib. O zaman delimitasiya ilə bağlı işlər başlasaydı, indi xeyli məsafə qət edilmişdi. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən proses xeyli uzandı. Məlum olduğu kimi, artıq Paşinyan reallıqla barışıb və 4 kəndin geri qaytarılmasına razılıq verib. Bundan əvvəl 2 dəfə Tavuş rayonuna səfər edərək sakinləri buna hazırlayıb. Onun ikinci görüşü aprelin 18-də oldu. Aprelin 19-da isə Ermənistan Qazaxın 4 kəndinin qaytarılmasına dair qərar verdi. Bu kəndlər anklav kəndlər deyil və bunların ümumi ərazisi 64,2 kvadrat kilometrdir. Bu kəndlər 30 ildən artıq bir dövrdə işğal altında idi və ermənilər həmin əraziləri əkib-becərirdilər. Düzdür, bu məsələdə Paşinyan Ermənistanda müqavimətlə üzləşir. Ancaq Nikol onlara anlatmağa çalışdı ki, bizim olmayanı verməsək, gələcəkdə bizim olanı da verməli olacağıq. Necə deyərlər, erməniləri başa saldı. Lakin razılıq əldə edildikdən sonra həmin ərazilərdə süni etiraz aksiyaları təşkil olunur. Çünki etiraz edənlər arasında yerli insanlar azdır. Əsasən İrəvandan və digər yerlərdən revanşist müxalifəti təmsil edənlər bu aksiyaları təşkil edir. Prosesə mane olanlardan biri də Tavuş kilsəsinin arxeyepiskopu Baqrat Sırbazyandır. O da Ermənistanda “5-ci kolon”un nümayəndəsi hesab olunur. İstənilən halda, 4 kəndin qaytarılması mayın 15-nə qədər həllini tapacaq. Çünki marginal qrupların etirazları prosesi dayandıra bilməyəcək. Ona görə ki, prosesin dayanması mümkünsüz görünür. Yerdə qalan anklav kəndlərin məsələsi isə işçi qrupların növbəti görüşlərində öz həllini tapacaq”.Vidadi ORDAHALLI

Seçilən
111
50
Mənbələr
Şərh ()
Bağla