AZ

Erməni spiker kanadalı həmkarı ilə Azərbaycanla normallaşmanı müzakirə etdi

Ermənistan parlamentinin sədri Alen Simonyan İspaniyaya işgüzar səfəri çərçivəsində Kanada parlamentinin Nümayəndələr Palatasının sədri Qreq Ferqus ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, erməni spiker kanadalı həmkarını Ermənistan-Azərbaycan danışıqlarının gedişi ilə tanış edib.

 

Həmsöhbətlər Ermənistan-Kanada parlamentlərarası əlaqələrinin daha da sıxlaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Şərqi Avropa və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına toxunulub.

Seçilən
99
6
modern.az

7Mənbələr