AZ

Çində “Azərbaycanda investisiya və ticarətin təşviqi” adlı konfrans keçirilib

23 aprel 2024-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində “Azərbaycanda investisiya və ticarətin təşviqi” adlı konfransı keçirilib.

Səfirlikdən APA-nın Mərkəzi Asiya bürosuna verilən xəbərə görə, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının, özəl sektorun və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Bünyad Hüseynov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər sayəsində Azərbaycan-Çin əlaqələri keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Dövlət başçılarının iqtisadi əməkdaşlığın diversifikasiyası və keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıqlarına uyğun olaraq hazırda iqtisadiyyatın müxtəlif sahələri - energetika, nəqliyyat-logistika, sənaye, yaşıl enerji, kənd təsərrüfatı və digər istiqamətlər üzrə əməkdaşlıq genişləndirilməkdədir.

Azərbaycan Çinin “Kəmər və yol təşəbbüsü”nü ilk dəstəkləyən ölkələrdən biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də daxil olmaqla Azərbaycanın həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələri sözügedən təşəbbüsə əhəmiyyətli töhfələr verir. Orta Dəhlizin inkişafı ilə Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa, səmərəli və təhlükəsiz nəqliyyat marşrutu formalaşmışdır. Çin Azərbaycanın böyük ticarət tərəfdaşı, ikinci idxal mənbəyidir. Ötən il ikitərəfli ticarət əlaqələrinin həcmi əvvəlki illə müqayisədə 44 faizdən çox artaraq, 3.1 milyard ABŞ dollarına çatıb. Azərbaycan hazırda Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.

Eyni zamanda, Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsi və texnologiyası ölkəmiz üçün xüsusi maraq kəsb edir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa-quruculuq işlərində, o cümlədən yaşıl enerji layihələrində Çin şirkətlərinin fəal iştirakında maraqlıyıq.

Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) prezidenti He Zhenvei çıxışında bildirib ki, iki xalq arasında mübadilə körpüsü rolunu oynayan qədim İpək Yolu ticarətin çiçəklənməsi üçün layiqli bir tarix yaratdı. Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından keçən son 30 il ərzində hər cür çağırışlara baxmayaraq, iki ölkə arasında münasibətlər dəyişməz olaraq qaldı və daha da möhkəmləndi, dərin qarşılıqlı etimad və sıx qarşılıqlı fəaliyyət sayəsində sağlam, sabit və mütərəqqi inkişafın möhkəm dinamikasını qorudu. Avrasiya qitəsinin mərkəzində yerləşən Azərbaycan Şərq ilə Qərbi birləşdirən nəqliyyat qovşağıdır. Sədr Si Cinpin “Kəmər və Yol Əməkdaşlığı üzrə Üçüncü Beynəlxalq Forumu”un açılış mərasimindəki nitqində Çinin “Bir kəmər və bir yol” çoxşaxəli nəqliyyat sisteminin yaradılmasını sürətləndirəcəyini, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inşasında iştirak edəcəyini və “Dəniz İpək Yolu” layihəsi çərçivəsində limanların, gəmiçilik və ticarət xidmətlərinin fəal şəkildə əlaqələndiriləcəyini qeyd edib. Azərbaycan Transxəzər tranzit dəhlizində əsas rol oynayır və böyük investisiya potensialına malik Avropa və Asiyanın qovşağında dinamik inkişaf edən bazara çevrilir. Azərbaycan özünü təkcə “Kəmər və Yol təşəbbüsü”nün əvəzolunmaz iştirakçısı kimi deyil, həm də Cənubi Qafqaz regionuna və Avropa İttifaqı bazarına yönəlmiş Çin şirkətləri üçün mühüm qapı kimi təqdim edir. Çin və Azərbaycan müxtəlif mədəniyyətləri və etnik ənənələri, eləcə də min illərlə davam edən dərin xalqlararası təmasları bölüşürlər. Üstəlik, iki ölkəni açıqlıq, inklüzivlik və inkişaf birləşdirir.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin iqtisadi və ticarət potensialı, biznes və sərmayə mühiti, nəqliyyat-logistika infrastrukturu, “Kəmər və yol təşəbbüsü”nün icrasındakı rolu, Orta Dəhlizin əhəmiyyəti barədə təqdimatla çıxış edib. Qeyd olunub ki, Azərbaycan məhsullarının Çinə ixracını təşviq etmək məqsədi ilə 2018-ci ildən etibarən Pekin, Sian, Çindao, Canciacie, Şanxay və Urumçi şəhərlərində “Azərbaycan Ticarət Evi” və “Azərbaycan Şərab Evi” açılıb. Yaxın vaxtlarda Çinin daha 2 şəhərində ticarət evi açılması nəzərdə tutulur.

Eyni zamanda tədbirdə AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirovun, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Çin nümayəndəliyinin rəhbəri Rinat Əzizovun, Azərbaycan Turizm Bürosunun Çindəki nümayəndəliyinin marketinq meneceri Elza Canın, CODA-nın prezidenti He Cenveyin və Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkətinin rəhbəri Don Veyin təqdimatları dinlənilib.

Çində Çində Çində Çində Çində Çində Çində

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23347
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12841
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9351
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5580
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5467
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4011
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3666
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3595
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3396
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3280
Helikopter qəzası ilə bağlı yeni xəbər
3020
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3001
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2724
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2600
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2501
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263