AZ

Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir.

Delimitasiya komissiyasının iclası keçirilib - Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

FED.az xəbər verir ki, bu barədə Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, – Ermənistan lideri vurğulayıb.

Eyni zamanda, Paşinyan ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını diqqətə çatdırıb:

“Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda suverenliyi yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”. (Report)

Seçilən
101
15
Mənbələr
Şərh ()
Bağla