AZ

"Əmimi adamyeyənlər yeyib" deyən Baydenə Yeni Qvineya Baş nazirindən SƏRT CAVAB

Papua Yeni Qvineyanın Baş naziri Ceyms Marape ABŞ Prezidenti Co Baydeni ölkədəki təyyarə qəzasından sonra pilot olan əmisinin adamyeyənlər tərəfindən yeyildiyini iddia etdiyinə görə tənqid edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

 

“Prezident Baydenin sözləri dil sürüşməsi ola bilər. Mənim ölkəm belə adlandırılmağa layiq deyil”, - siyasətçi bu ittihamı rədd edib.

 

Amerika lideri bir müddət əvvəl Yeni Qvineyada təyyarə qəzası nəticəsində ölən əmisi Ambrose Finneqanın cəsədinin adamyeyənlərə görə tapılmadığını bildirmişdi.

 

Bununla belə, Baydenin versiyası ABŞ Müdafiə Nazirliyinin rəsmi qənaətlərindən fərqlənir. Nazirlik bildirib ki, kuryer uçuşunu həyata keçirən təyyarə "suya təcili eniş etmək məcburiyyətində qalıb".

 

İnci

Seçilən
179
50
Mənbələr
Şərh ()
Bağla