AZ

Rusiya nüvə ilə bağlı mövqeyini açıqladı: ABŞ-ın hərəkətlərindən asılı olaraq...

Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinə (CTBT) sadiq qalır, lakin ABŞ-ın hərəkətlərindən asılı olaraq mövqeyini dəyişə bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov CTBT Hazırlıq Komissiyasının icraçı katibi Robert Floyd ilə görüşdə bildirib.

Ryabkov Floyda CTBT-nin ratifikasiyasını geri götürməsinin səbəbini izah edib, lakin vurğulayıb ki, Rusiya onun müddəalarına sadiq qalmaqda davam etmək niyyətindədir və 1992-ci il prezidentin fərmanı ilə nüvə sınaqlarına qoyulmuş moratoriumu ləğv etməyəcək.

“Bu xəttin gələcəkdə də davam edib-etməyəcəyi tamamilə ABŞ-ın hərəkətlərindən asılıdır”, - nazirlik vurğulayıb.

Seçilən
127
1
Mənbələr
Şərh ()
Bağla