AZ

İsrail ordusu Livanda pilotsuz təyyarənin itdiyini təsdiqləyib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İsrail ordusu Livanda Hizbullahın obyektinə hücum edib və “Hizbullah” hərəkatı Livanın cənubunda İsrailə məxsus məxsus PUA-nın vurulduğunu elan edib...İsrail Müdafiə Qüvvələri (IDF) bazar ertəsi, aprelin 22-də ölkənin Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) itməsi ilə bağlı məlumatı təsdiqləyib.Poliqon xəbər verir ki, bu barədə məlumat İsrail ordusunun telegram kanalında yer alıb. Qeyd olunur ki, pilotsuz təyyarə Livanda yer-hava raketi ilə vurulub. Buna cavab olaraq İsrail ordusu raket buraxılış məntəqəsinə hücum edib.Qeyd edək ki, bundan əvvəl şiə “Hizbullah” hərəkatı Livanın cənubundakı Aişiya bölgəsində İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-nın vurulduğunu elan etmişdi.“Livan hava məkanında fəaliyyət göstərən İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-ya “yer-hava” tipli raket buraxılıb. Nəticədə PUA Livan ərazisinə düşüb... İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları raket buraxılış məntəqəsinə hücum edib”, deyə “Hizbullah”ın telegram kanalında bildirilib.İsrail Hərbi Hava Qüvvələrinin müdafiə missiyası çərçivəsində Livan səmasında əməliyyatları davam etdirəcəyi bildirilir.Poliqon.info

Seçilən
71
28
1

1Mənbələr

Şərh ()
Bağla