AZ

Zelenski: Cəbhədəki vəziyyət Rusiyanın təqdim etdiyi kimi deyil

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyətin Rusiyanın təqdim etdiyi kimi olmadığına diqqət çəkərək ukraynalıların öz ölkələri uğrunda mübarizədən əl çəkməyəcəklərini vurğulayıb.“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Braziliya mətbuatına müsahibəsində danışıb.Ukrayna lideri “cəbhədə hər şey pisdir və təşəbbüs rusiyalıların əlindədir” bəyanatlarını “RF-in narrativləri” adlandırıb. “Bu belə deyil”, – Zelenski deyib.Dövlət başçısı söyləyib ki, “rusiyalıların silahları var” və bu, Ukrayna ordusundakından daha çoxdur: “Hazırda vəziyyət sadə deyil”.Bununla belə, Zelenski qeyd edib ki, hərbi yardım təsdiqlənən kimi “silahlar addım-addım gələcək”:“Biz buna sadəcə ümid etməyəcəyik, həm də bunun uğrunda mübarizə aparacağıq”.Ukraynanın öz müttəfiqlərinin köməyinə niyə bu qədər ehtiyacı olduğunu izah edən Ukrayna Prezidenti deyib ki, ölkənin müstəqilliyinin 30 ili ərzində Rusiya öz “agentlərindən” istifadə edərək “Ukraynanın inkişaf etməməsi” üçün hər şeyi edib, müdafiə sənayesi kompleksi gücünün məhv edilməsi üçün silahlar ayırıb.O vurğulayıb ki, ukraynalılar ölkələri, müstəqillikləri, Aİ və NATO-ya üzv olmaq planları uğrunda mübarizədən əl çəkməyəcəklər: “Heç kim təslim olmur”.“[Rusiya Prezidenti Vladimir] Putin bizdən çox qorxur. Mən buna əminəm”, – o əlavə edib.Ölkə başçısı bildirib ki, Ukrayna yaxın aylarda ABŞ də daxil olmaqla bir sıra ölkələrlə ikitərəfli təhlükəsizlik razılaşmalar imzalamalıdır:“Konqresdən keçdikdən sonra ABŞ ilə bu güclü razılaşmaya gedəcəyik”.Onun sözlərinə görə, təhlükəsizlik sazişi təkcə müdafiəni deyil, həm də “humanitar aspektləri, yenidənqurma, maliyyə və iqtisadi dəstəyi” əhatə edir.Həmçinin müsahibə zamanı Ukrayna Prezidenti bir daha Qərb ölkələrinin İranın hücumunu dəf etməkdə İsrailə kömək etməsinə diqqət çəkib. Zelenskinin sözlərinə görə, Fransa, Almaniya, Polşa, Böyük Britaniya və ya hər hansı digər ölkənin təyyarələri Ukraynaya doğru uçan Rusiya raketlərini məhv etmək üçün havaya qalxarsa, o, “ayaq üstə alqışlayacaq”.

Seçilən
103
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26730
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26369
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18131
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17134
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14416
Sabah 20 dərəcə isti olacaq
9689
May ayında Azərbaycana qar yağdı - VİDEO
8829
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8598
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8492
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8365
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7237
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6910
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6601
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6490
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6443
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6038
Azərbaycan nefti ucuzlaşıb
5996
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5870