AZ

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşüb

Quru Qoşunlarının qərargahında aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.Nazir hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunması barədə müvafiq göstərişlər verib.Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi çatdırılıb.General-polkovnik Z.Həsənov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.Müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəmizi tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
28123
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23733
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
17775
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14670
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11559
Helikopterin qalıqları tapılıb
10487
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
7880
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7520
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6837
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5978
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5546
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5369
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4385
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4268
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3747
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3168
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2477
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2263
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1941