AZ

Ermənistan bizim müttəfiqimizdir! – Lavrov

“Rusiya Ermənistanı özünün müttəfiqi hesab edir”.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya Ermənistanı təkcə hüquqi cəhətdən müttəfiq hesab etmir,

“Axı biz Ermənistanla müttəfiqik. Biz hələ də özümüzü müttəfiq hesab edirik. Biz hüquqi müttəfiqik. Düşünürəm ki, təkcə hüquqi cəhətdən deyil, həm də orada Rusiyanın Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var”, - deyə Lavrov mətbuata  müsahibəsində bildirib.

Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla