AZ

Gülay yayılan VİDEOSUNDAN DANIŞDI: “Dedi ki, bu qızı Zeynəb Xanlarova edəcəksən?”

Müğənni Gülay Zeynallı sosial şəbəkələrdə gündəm olan arxiv videosu ilə bağlı açıqlama yayıb. 

Bizim.Media xəbər verir ki, sənətçi “Instagram” hesabının “Hekayə” bölməsində sözügedən görüntülərini paylaşaraq artıq bu sənətdə adını təsdiqlədiyini bildirib. 

“Bir dəfə anam məni toya aparanda müdiri dedi ki, “Nədir, bu qızı Zeynəb Xanlarova edəcəksən?”. Yadımdadır, anam ağlamışdı. Bəli, bu gün mən adımı təsdiqləmiş Gülay oldum”, - deyə o vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Seçilən
47
24
Mənbələr
Şərh ()
Bağla