AZ

Yaddaş problemləri yaşayanların nəzərinə! – Bu ədviyyatlar...

Yaşlandıqca yaddaşınızın əvvəlki kimi iti olmadığını hiss etmək normaldır. Bunun ekstremal halları demansın əlaməti olsa da, adi qocalmadan və ya stressdən də qaynaqlana bilər.
Yaddaş problemlərini həll etmək üçün asan yollar var. 2022-ci ildə aparılan elmi araşdırma göstərdi ki, idrak sürətimiz 60 yaşa qədər kifayət qədər yüksək olaraq qalır.

Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bəzi ədviyyatlar həm yaddaşı, həm də beyin sağlamlığını yaxşılaşdırmağa və insanı gənc saxlamağa qadirdir.
Qida mütəxəssisi Mett Vebster həmin dörd ədviyyatın adını açıqlayıb.

Zəncəfil
Mütəxəssisin sözlərinə görə, zəncəfil təkcə həzm sistemini yaxşılaşdırmağa kömək etmir, həm də beyin sağlamlığı üçün mühüm ədviyyatdır:
"Zəncəfilin tərkibində yüzlərlə fitokimyəvi maddələr var ki, bunların hamısı oksidləşdirici stressdən qoruyur. Oksidləşdirici stress yaşlanma prosesini sürətləndirə bilər və Alzheimer xəstəliyinin əsas faktoru olduğu düşünülür".

Sarıkök
"Onun əsas tərkib hissəsi olan kurkumin, beynin kəskinliyini qorumağa kömək edən neyroprotektiv xüsusiyyətlərə malikdir. Bu ədviyyat yaddaş funksiyasını artırmağa, “beyin dumanı”nı azaltmağa və idrakı yaxşılaşdırmağa kömək edir. Kurkuminin Alzheimer xəstələrində azalan böyümə hormonu BDNF-nin səviyyəsini artırdığı aşkar edilib", - deyə M.Vebster qeyd edib.

Darçın
M.Vebster bu ədviyyatın beyində Alzheimer və Parkinson xəstəliyi ilə əlaqəli zülalların yığılmasının qarşısını alan antioksidanlarla dolu olduğunu söyləyib:
"Darçın təkcə öyrənmə və yeni xatirələr yaratma prosesini təşviq etmir, neyronların meydana gəlməsinə və yeni əlaqələr qurmasına da kömək edir. Eyni zamanda, beyni stressin mənfi təsirlərindən qoruyan antioksidantlarla zəngindir”.

Onun sözlərinə görə, darçını qəhvəyə, yulaf sıyığına və ya desertlərə əlavə etmək olar.

Qara istiot
Dünyada ən çox istifadə edilən ədviyyatlardan biri olan qara istiot beyin sağlamlığı üçün vacibdir.

“Qara istiotun əsas dərman birləşməsi piperindir və tərkibində yüksək miqdarda antioksidant var. Bu antioksidantlar sağlam beyin hüceyrələrinin zədələnməsinin qarşısını alır. Qara istiot, həmçinin beyinə gedən kimyəvi yolları stimullaşdıraraq idrak funksiyasını və yaddaşı yaxşılaşdırır", - deyə mütəxəssis vurğulayıb.
 

Seçilən
27
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21120
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19327
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18265
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17659
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16846
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16658
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15506
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11975
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9116
"Zaur, yenə çaşdın..." - VİDEO
8871
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8320
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7997
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7513
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7158
Minimum əmək haqqı nə qədər arta bilər?
7087
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6362
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5768