AZ

Azərbaycanda bir insan neçəyə arıqlayır? – ŞOK QİYMƏTLƏR - ARAŞDIRMA

Çəkisindən narazı olan insanların ilk əl atdığı yollar dieta, xüsusi arıqlama proqramları, arıqlama çayları, həbləri, aparatlar, idman və ən sonda əməliyyat olur. Pəhriz saxlamağın, arıqlamağın özü də kifayət qədər bahalıdır.

Bəs, insanlar nə etməlidir? Arıqlamaq üçün ac qalmaq lazımdır? Ümumiyyətlə, Azərbaycanda arıqlamaq istəyən bir şəxs nə qədər pul xərcləməlidir?

Lent.az bu suallara cavab tapmaq üçün ölkə üzrə arıqlama yolları barədə kiçik araşdırma aparıb.

Arıqlamağın ilkin variantı diyetoloqlara müraciətdir. Qiymətlərə nəzər yetirsək, 10 manatdan tutmuş 500 manata qədər diyet proqramları var. Bu qiymətlərin kəskin fərqlənməsi də, necə deyərlər, diyetoloqun “hörmətindən” asılıdır.

Burada əsas nüans isə yazılan diyet proqramlarının, demək olar ki, eyni tərkibli olmasıdı. Nəzər yetirsək görərik ki, kimisi birinci günün səhər yeməyinə yulaf sıyığı yazırsa, kimisi soyutma yumurta yazır. Sonrakı gün yumurta yazan yulaf, yulaf yazan yumurta deyir. Bunlara nəzərən qiymətlərin bu qədər yüksək olmasını bir növ marketinq hiyləsi adlandıra bilərik. Yəni “yüksək qiymət, yüksək keyfiyyət” məsələsi.

Hə, qiymətlər həm də yazılan diyetin müddətindən asılıdır. 1 həftəlik diyet üçün 60 manat alan da var, 15 manat alan da. Hətta günlük 25 manatlıq olanlarına da rast gəlirik. Amma qeyd edək ki, günlük 25 manat alan diyet proqramlarında gündəlik yazılan bütün qidaları istədiyiniz ünvana pulsuz göndərirlər. Yəni, arıqlamağınız üçün yeməyiniz də hazır göndərilir. Sizə tək yemək qalır.

15-21 gün arası diyet üçün qiyməti 200 manatdan yuxarı olan diyetoloq şəxsi olaraq hər kəslə gün ərzində maraqlanır. Yedikləri yeməklərin şəkillərini istəyir. Bir növ valideyniniz kimi sizinlə maraqlanır.

Diyetoloqlarla arıqlaya bilməyən və yaxud qısa zamanda çəki itirmək istəyənlərin isə seçdiyi üsul arıqlama dərmanları və çaylardır. Əksər blogerlərin reklamlarında cürbəcür belə dərmanlara rast gələ bilərsiniz. Amma burada maraqlı olan nüans dərmanlar arasında kəskin qiymət fərqinin olmamasıdır. Araşdırmamız nəticəsində öyrəndik ki, bir çox arıqlama dərmanlarının qiyməti 80-100 manat arası dəyişir. İstifadə edənlərin sözlərinə görə, dadları da eynidir. Sanki Əli də, Vəli də eyni dərmanı alıb, başqa adlarla satırlar.

Arıqlama dərmanları istifadə edənlər bir məsələdən çox şikayətçidir. Şikayət isə həmin dərmanın qəbulunu dayandıran kimi sürətli kökəlməkdən ibarətdir. Narazı qalanların sözlərinə görə, atdıqları çəkiləri artıqlaması ilə geri alırlar. Ən önəmlisi isə sağlamlığa çox ziyandır.

Həm arıqlamaq, həm də bədənlərini formaya salmaq istəyən şəxslər idmana başlayırlar. Daha dəqiq desək, “fitnes”ə. Amma çoxu bu yolda axıracan gedə bilmir. İdman qiymətlərini araşdıranda isə bir aylıq qadınlar üçün ən ucuz 35, kişilər üçün isə 45 manatdan başlayır. Ən bahalı qadın zalı 150, kişilərdə isə 170 manatdır. Xatırladaq ki, bu qiymətə məşq müəllimi daxil deyil. Əgər müəllimlə məşq etmək istəyirsinizsə, ay ərzində ən aşağı 250 manatınızdan keçməlisiniz.

Arıqlaya bilməyənlərin ən sonuncu ünvanı piy çıxartma, bədən şəkilləndirmə əməliyyatı olur (liposaksiya). Həkim qiymətlərini soruşanda bir arıqlamağın insanlara nə qədər baha başa gəldiyini bir daha anladıq.

Bu sahədə məşhur həkimlərin abdominoplastika (qarın gərmə), popoplastika (omba böyütmə), mammoplastika (süd vəzilərinin plastikası) üçün qiymətlərini öyrəndik. Deməli, qiymətlər həkimlərə və əməliyyat ediləcək bədən nahiyələrinə görə dəyişir. Hər birinin qiyməti 3000-3500 manatdan başlayır. Onu da deyək ki, bunlar hələ ilkin qiymətdir. Müayinə zamanı hər kəsin bədəninə görə qiymət dəyişə - yəni yüksək ola bilər. Həmin əməliyyatlarla bir yerdə bel-kürək üçün də şəkilləndirmə əməliyyatı etdirmək istəsəniz, bunun üçün minimum 1000-1200 manat əlavə ödəməlisiniz. Bel-kürək ayrıca əməliyyat olacaqsa, qiymətlər 2000-2500 manatdan başlayır. Bütün bədəninizdə şəkilləndirmə etmək qərarı vermisinizsə, buna görə yeməyib, içməyib minimum 10 min manatdan keçməlisiniz.

Bəs, 10 min manata alacağımız gözəllik bizə nələri verir?

Artıq çəkili olub, daha sonra, arıqlama qərarı alan insanlar deyirlər ki, incəlik onlara özünə inam və güvən verib. İstədikləri geyimləri rahatlıqla almaq, həmin geyimlərdə gözəl görünmək onları xoşbəxt edib.

Doğrudur, incə və zərif olmaq hər kəsi xoşbəxt edər. Amma buna nail olmaq üçün bıçaq altına yatmaq bir az da cəsarət tələb edir.

Bütün arıqlama yöntəmlərini sizinlə bölüşdük. İndi siz deyin, hansı daha sağlam və düzgün seçimdir?

Seçilən
55
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21048
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19315
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18256
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17651
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16787
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16598
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15491
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11961
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9035
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8282
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7996
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7495
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7146
Minimum əmək haqqı nə qədər arta bilər?
7082
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6336
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5754