AZ

Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Mercedes-Benz" markalı avtomobilin sürücüsü, Astara rayon sakini Kamran Bayramov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü K.Bayramov sürücülük hüququ iki il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.Mətləb

Seçilən
151
50
Mənbələr
Şərh ()
Bağla