AZ

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib.

KONKRET.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

Məhkəmə prosesində S.Təhməzova ilə yanaşı, oğlu Əhəd Abbasov da xüsusi ittihamçı qismində çıxış edib. Onlar Könül Abbasovanın mətbuatda qardaşının intiharı ilə bağlı səsləndirdiyi ittihamların böhtan olduğunu bildiriblər və onun Cinayət Məcəlləsinin 147.2-ci (147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi əsasında cəzalandırılmasını tələb ediblər.

Məhkəmə Könül Abbasovanın müsahibəsindəki cümlələrlə bağlı linqvistik ekspertiza təyin edib. Ekspert rəyi ilə Abbasova Könül Əhəd qızının çıxışındakı cümlələrdə Sevinc Təhməzovanı ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmək məzmunlu məlumatlar olduğu müəyyən edilib və məqalədəki cümlələrdə böhtan elementlərinin olması təsdiqini tapıb.

Məhkəmə K.Abbasovanın Cinayət Məcəlləsinin 147.1-ci (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayma) maddəsi ilə cəzalandırılması qərarına gəlib. Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə edilib.

Qeyd edək ki, K.Abbasova “Qafqazinfo”ya açıqlamasında qardaşı Rauf Abbasovun intiharına görə onun həyat yoldaşı Sevinc Təhməzovanı ittiham etmişdi. (qafqazinfo)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16236
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11669
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5306
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5229
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3663
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3213
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3191
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2988
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2722
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2662
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2413
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2367
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2252
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2145
Hidayət Heydərov dünya çempionu oldu
2018
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1875