AZ

"Avroviziya 2024" müsabiqəsində Azərbaycandan olan səsverməni o elan edəcək

Bu il “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxs müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, müsabiqədə ölkəmiz adından səsləri 2009-cu il “Avroviziya” təmsilçimiz Aysel Teymurzadə səsləndirəcək.
 
Xatırladaq ki, müsabiqənin yarımfinalları mayın 7 və 9-da, finalı mayın 11-də baş tutacaq.
 
Azərbaycanı yarışda təmsil edən Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
30
Mənbələr
Şərh ()
Bağla