AZ

BVF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını təkmilləşdirib

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb. Belə ki, Dünya İqtisadi Görünüşünə əsasən, 2024-cü il üçün Azərbaycanda ÜDM artımı 2,8% səviyyəsində proqnozlaşdırılır. Ötən ilin oktyabrında BVF 2024-cü ildə Azərbaycanda iqtisadi artımı 2,5% proqnozlaşdırmışdı. Bununla belə, fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabrında 2024-2028-ci illərdə Bakıda keçirdiyi “BVF-nin yaradılması haqqında” Sazişin IV maddəsinə uyğun olaraq məsləhətləşmələrdən sonra açıqlanan hesabatda Azərbaycan iqtisadiyyatının orta illik artım tempi 2,3%, 2029-2032-ci illərdə isə ildə 2,4%-dən yuxarı proqnozlaşdırılıb. Valyuta Fondu yeni hesabatında Azərbaycanın ÜDM artımını 2025-ci ildə 2,3%, 2029-cu ildə isə 2,4% səviyyəsində proqnozlaşdırır. Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4% səviyyəsində proqnozlaşdırır. 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,1% təşkil edib.

Seçilən
144
5
Mənbələr
Şərh ()
Bağla