AZ

İndoneziyada vulkan püskürüb: 800-dən çox sakin təxliyə edilir - VİDEO

İndoneziyanın Şimali Sulavesi əyalətində günlərdir səmaya lava və kül buludları saçan Ruanq vulkanının çoxsaylı püskürmələrindən sonra ən azı 800 nəfər təxliyə edilib.
Ednews aol.com-a istinadən xəbər verir ki, vilayətin paytaxtı Manadodan təxminən 100 km (62 mil) uzaqlıqda yerləşən Ruanq adasında yerləşən vulkan çərşənbə axşamından bəri üç dəfədən çox püskürüb.
İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi səlahiyyətlilər artan aktivlikdən sonra xəbərdarlıq səviyyəsini ikinci ən yüksək səviyyəyə qaldırıblar.
Ruanq dağının püskürməsinə adada baş verən son zəlzələlər səbəb olub, o, dağın səmaya 1,8 km (1,1 mil) hündürlükdə təhlükəli və "partlayıcı isti buludlar" yaydığını bildirib.
Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
21
Mənbələr
Şərh ()
Bağla