AZ

Son 3 ayda pensiya ödənişlərinə 14 faiz çox vəsait yönəldilib

Cari ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (198 mln. manat) çox olmaqla 1 mlrd. 613 mln. manat vəsait yönəldilib.Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.Pensiya artımı istiqamətində növbəti addım kimi, 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.Son üç ayda 11,9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 114 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
32
Mənbələr
Şərh ()
Bağla