AZ

“Bakı-Əyrici-Toxucu”nun rəhbərliyi yenidən seçiləcək

20 iyun 2024-cü il tarixində saat 12:00-da “Bakı-Əyrici-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2023-cü il üçün idarə heyətinin, maliyyə-təftiş Komissiyasının, cəmiyyətin illik balansının və auditor hesabatlarının təsdiq edilməsi;

2. Təşkilati məsələr Səhmdar Cəmiyyətinin Müşahidə şurasının, İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibinin seçilməsi;

3. Dividendlərin verilməsi haqqında.

Qeyd edək ki, “Bakı-Əyrici-Toxucu” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 597 654 manatdır və qanuni təmsilçisi İslam Məmmədovdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
283
47
banker.az

10Mənbələr