AZ

®“Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

®“Kapital

Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 1 aprel 2024-cü il tarixinə 8,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4,4 milyard manat olub.

1 aprel tarixinə olan nəticələrə görə, bankda müştəri depozitlərinin həcmi 6,7 milyard manat təşkil edib.

Bankın 1 aprel tarixinə tutulmalardan sonra məcmu kapitalı 882 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Qeyd edək ki, “Kapital Bank” Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün https://kbl.az/prcrc.

Seçilən
93
50
Mənbələr
Şərh ()
Bağla