AZ

Netanyahunu İrana hücumdan kim çəkindirib? - Anonim mənbə danışdı...

İsrailin müdafiə nazirləri Benny Gantz və Gadi Eisenkot şənbə günü ölkənin raket atmasından sonra İrana dərhal zərbə endirməyi təklif etsələr də, baş nazir Benyamin Netanyahu bu fikrə qarşı çıxıb.


Sfera.az xəbər verir ki, bu barədə "Axios" portalı anonim İsrail rəsmilərinə istinadən məlumat yayıb.
 

Portalın həmsöhbətlərinin sözlərinə görə, Gantz və Eisenkot bildiriblər ki, İsrail nə qədər yubansa, beynəlxalq ictimaiyyətə əks hücumun qanuniliyini izah etmək bir o qədər çətin olacaq.
 

Nazirlərin fikrincə, İranın zenit-raket kompleksləri İsrailə doğru uçmağa davam etdikcə, dərhal əks-hücum zərbə mübadiləsi dayana bilər.
 

Netanyahu və hərbi kabinetin digər üzvləri bu plana qarşı çıxıblar, çünki o zaman İranın zərbələri nəticəsində hər hansı itki olub-olmadığı və hansı ziyanın dəydiyi bəlli deyildi.
 

Mənbə "Axios"a bildirib ki, İsrail baş naziri Baydenin zəngini gözləyib.


"Bir neçə variant var idi, lakin zəng hamını dayandırdı, indi nəfəs alıb hər şeyi düşünə bilərik",-anonim şəxs qeyd edib.


İnci

Seçilən
170
50
Mənbələr
Şərh ()
Bağla