AZ

Rusiya: İran və İsraili təmkinlə olmağa çağırırıq

Rusiya Xarici İşlər Nazirliyi İranın İsrailə endirdiyi hava zərbələri ilə bağlı bütün əlaqədar tərəfləri təmkinli davranmağa çağırıb və region dövlətlərinin mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəklərinə ümid etdiklərini bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik İranın İsrailə qarşı raket və pilotsuz uçuş aparatı (PUA) hücumları ilə bağlı yazılı açıqlama verib.

Bəyanatda xatırladılıb ki, İran bu hücumları Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində və Dəməşqdəki səfirliyinə edilən hücumlara cavab olaraq həyata keçirib. Rusiya İsrailin 1 apreldə Şamda bu hücumunu şiddətlə qınayıb.

Açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərbli üzvlərinin münasibəti səbəbindən bu hücuma müvafiq cavabın verilə bilmədiyi vurğulanıb.

Bəyanatda Rusiyanın regionda gərginliyin növbəti təhlükəli artmasından çox narahat olduğu vurğulanıb və “məsuliyyətsiz hərəkətlər nəticəsində yaranan böhranların Yaxın Şərqdə, xüsusilə Fələstin-İsrail münaqişəsi bölgəsində gərginliyi artıracağı” vurğulanıb.

"Bütün əlaqədar tərəfləri təmkinlə hərəkət etməyə çağırırıq. Ümid edirik ki, region dövlətləri mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəklər. Konstruktiv beynəlxalq oyunçuların buna töhfə verməsinin vacib olduğuna inanırıq", - bəyanatda deyilib.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Seçilən
231
50
Mənbələr
Şərh ()
Bağla