AZ

"Olimpiya Oyunları zamanı Ukrayna və Qəzzada atəşkəsə nail olmalıyıq” - MAKRON

“Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Ukrayna və Qəzzada atəşkəsə nail olmaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

“Olimpiya barışığı istiqamətində çalışacağıq. Mən tərəfdaşlarımızı bu işə cəlb etməyə çalışacağam”, – Makron bildirib.

Onun sözlərinə görə, bu məsələdə kömək üçün bir neçə həftədən sonra Fransaya gələcək Çin lideri Si Cinpinə müraciət etmək niyyətindədir.

Hələ martın ortalarında Makron Ukrayna televiziyasına müsahibəsində Olimpiya Oyunları zamanı Ukraynada atəşkəs rejimini Rusiyaya təklif edəcəyini bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna cavab olaraq Fransanı ilk növbədə Kiyevə silah tədarükünü dayandırmağa çağırmışdı. Bundan başqa, o, Qəzza zolağında HƏMAS-a qarşı müharibə aparan İsraildən hərbi əməliyyatları dayandırmağı tələb etməyi təklif etmişdi.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Makronun belə bir təklifi barədə heç nə bilmədiyini deyib. O, həmçinin qeyd edib ki, Moskva istənilən təşəbbüsləri nəzərdən keçirməyə hazırdır, lakin öz maraqlarından və münaqişə zonasındakı vəziyyətdən çıxış edərək.

Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək.

Azpost.info

 

Seçilən
167
43
Mənbələr
Şərh ()
Bağla