AZ

İrəvan və Astana qardaşlaşıblar...

Qazaxıstan prezidenti Kasımjomart Tokayevin Ermənistana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb...Poliqon xəbər verir ki, imzalanma mərasimi Ermənistan Respublikası Prezidentinin iqamətgahında baş tutub. İmzalanmış sənədlər arasında İrəvan və Astana şəhərlərinin qardaşlaşması haqqında da sənəd var.Yayılan məlumatda bildirilir ki, Qazaxıstan Respublikasının prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən bəyanatlar, miqrasiya və vətəndaşların qalma sahəsində əməkdaşlıq haqqında saziş, avtomobil nəqliyyatı haqqında 2006-cı il sazişinə dəyişikliklər haqqında protokol və Ermənistan Respublikası ilə Qazaxıstan Respublikası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Həmçinin 2024-25-ci illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi, İrəvan və Astana arasında yüksək texnologiyalar, əməkdaşlıq və qardaşlaşma sahəsində əməkdaşlıq haqqında memorandum iki ölkə lideri tərəfindən imzalanıb.Poliqon.info

Seçilən
134
50
Mənbələr
Şərh ()
Bağla