- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Fins.az xəbər verir ki, "MJ Finance" "Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi" vakansiyası elan edir
Vəzifə öhdəlikləri:
Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;
Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;
BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
Əlaqəli qurumlarla əlaqələri idarə etmək, məktublar və sorğular göndərmək;
Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləmək;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Tələblər:
Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
Sürücülük vəsiqəsi;
1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
Əmək haqqı: NETT 650 AZN+bonus
İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi” başlığı altında [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır