AZ

Bayer Leverkuzen tarixində ilk dəfə Almaniya çempionu olub

Bayer Leverkuzen tarixində ilk dəfə Almaniya çempionu olub

 

Oxu24.com   xəbər  verir  ki, Bayer Leverkuzen tarixində ilk dəfə Almaniya çempionu titulunu qazandı.

 

Bu barədə Lenta.ru-nun müxbiri məlumat verib.

 

Bazar günü, aprelin 14-də Xabi Alonsonun komandası Bundesliqanın 29-cu turunun matçında "Verder"ə qalib gəlib (5:0). Qaliblərin heyətində Viktor Bonifas və Qranit Xaka hərəyə bir qol vurub, Florian Virts isə het-trik edib.

 

Qələbə sayəsində 79 xal toplayan Bayer 5 tur qalmış rəqibi üçün əlçatmaz olub. Ən yaxın təqibçisi “Bavariya” isə 16 xal geri qalır.

 

Bayer indiyə qədər heç vaxt Almaniya çempionatının qızıl medalını qazanmayıb. Komanda beş dəfə ölkə vitse-çempionu olub.

 

Nigar

 

Seçilən
117
13
oxu24.com

5Mənbələr