AZ

"Ukrayna xüsusi xidmət orqanlarında satqınlar çox olub" -  Zelenski

 
"30 il ərzində bütün instansiyalarda, o cümlədən hüquq-mühafizə orqanlarında hər halda Rusiya xüsusi xidmət orqanlarının kəşfiyyatçıları olub..."
 
"Müharibə böyük faciədir, amma müharibə həm də Ukraynada satqınların azalmasında bizə kömək edib..."
 
Ukrayna prezidenti Vladimir Zelenski xüsusi xidmət orqanlarında satqınların olması məsələsi və müharibənin buna necə təsir etməsi barədə danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Çernovtsı universitetləri tələbələri ilə görüşündə bəyan edib.
 
Ukrayna prezidenti dövlətin xüsusi xidmət orqanları daxilində və güc strukturlarında satqınlarla  necə mübarizə aparması və mübarizə aparmağı planlaşdırması ilə bağlı sualları cavablandırıb.
 
"Mübarizənin nəticələri böyükdür. Əvvəlcə onların çoxu məlumatları sızdırıb qaçıblar. Sadəcə, Ukraynanın ərazisini tərk ediblər. Bu, müharibənin ilk günləri olub. Bizimkilərin hamısı qalıb. Satqınların qarşısı alınıb. Təəssüf ki, bəlkə də xoşbəxtlikdən kimsə dövlətimizin ərazisinindən kənara qaça bilib. Satqınların sayı azalıb", - Zelenski qeyd edib.
 
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən çoxsaylı "profilaktik tədbirlər" görülüb.
 
"Mən keçmişi tez-tez xatırlamağı o qədər də xoşlamıram...Amma 30 il ərzində hər halda bütün təsisatlarda, o cümlədən hüquq-mühafizə orqanlarında Rusiya xüsusi xidmət orqanlarının kəşfiyyatçıları olub", - o, deyib.
 
Eyni zamanda dövlət başçısı qeyd edib ki, hələ bu adamların məhz harada-hüquq-mühafizə orqanlarında və ya daha haradasa ən pis işlərini gördükləri və "bədbəxtlik gətirdikləri" bəlli deyil.
 
"Nədən mən "o cümlədən hüquq-mühafizə orqanlarında" deyirəm? Çünki onların harada daha çox pis əməllər törətdiyini və bədbəxtlik gətirdiyini heç kim bilmir. Bunu hələ müqayisə etmək gərəkdir. Onlar Milli Bankda, dövlət müəssisələrində, energetika sahəsində, Allaha şükür ki, nazirlər səviyyəsində olmasa da, hər halda hökumətin içərisində də olub", - Zelenski vurğulayıb.
 
O, deyib ki, bu, "Rusiyanın əvvəlcədən maliyyələşdirdiyi böyük planlı iş olub". "Onların sayı çox olub, ona görə də qüvvədə olan qanunvericiliyə görə, bu adamların sayı xeyli azalıb...Müharibə böyük faciədir. Lakin müharibə həm də Ukraynada satqınların azalmasında bizə kömək edib, bu, faktdır", - dövlət başçısı deyib.
 
Ukraynada satqınlar - detallar
 
Bundan öncə Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Pravoslav Kilsəsi (Moskva Patriarxatlığı) rəhbərlərindən birinin şübhəli bilinməsi ilə bağlı məlumat yayıb. O, Ukraynaya qarşı müharibədə rusiyalı işğalçılar üçün dualar etməyə çağırış edib. 
 
Söhbət Ukrayna Pravoslav Kilsəsi xarici kilsə əlaqələri sinoidal bölməsi sədrinin müavinindən gedir. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinə haqq qazandırıb və dini nifrəti qızışdırıb.
 
Rusiyanın tammiqyaslı hərbi müdaxiləsindən sonra bu üzdəniraq din xadimi açıq şəkildə rusiyalı işğalçılarla əməkdaşlığa və birlikdə rusiyalı işğalçıların "sağlamlığı və rifahı üçün dualar etməyə" çağırış edib.
 
O, Ukrayna Pravoslav Kilsəsinin xaricdəki şəbəkəsinə kuratorluq edib. Bu müəssisələr Rusiyanın narrativlərini yaymaqla məşğuldur. Bu yolla o, "xaricdə ukraynalıların şüuruna təsir etməyə və ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmağa cəhd edib".
Seçilən
178
50
Mənbələr
Şərh ()
Bağla