AZ

Strateji marketinq və biznesin inkişafı şöbəsinə mütəxəssis - VAKANSİYA

Yapı Kredi Bank Azərbaycan QSC Strateji marketinq və biznesin inkişafı şöbəsinin Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat/maliyyə/data analitika təhsili);
  • Data Analitika və ya Biznes strategiyası sahələrində iş təcrübəsi;
  • Ms Office proqram bilikləri yaxşı səviyyədə olmalı;
  • Data vizualizasiya bacarıqları;
  • Tableau və Power BI kimi analiz və vizualizasiya alətlərində işləmə bacarıqlarının olması üstünlük təşkil edir;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, ingilis dili;

Əsas iş funksiyaları:

  • Bankın Satış hədəflərinin/büdcəsinin və Satış Strategiya planını hazırlanmasına dəstək olmaq. Plana uyğun aksiyonlar almaq/təklif etmək;
  • Satış hədəflərinin hazırlanmasına dəstək olmaq; 
  • Satış hədəflərinin reallaşma dərəcələri, büdcə təqibi, filial əsasında məhsuldarlıq analizləri kimi mövzularda lazımlı hesabatları hazırlamaq;
  • Məhsullar üzrə bazar/rəqabət araşdırma və təqib işlərini görmək;
  • Satışların artımına yönəlik potensiyal müştəri siyahıların hazırlanması;
  • Sistem ve sistem vasitələrinin inkişafına yönəlik tələbləri kordinasiya etmək, lazım olduğunda proseslərdə birbaşa iştirak etmək;
  • Satışla əlaqədar iclaslar üçün müvafiq sənəd və məlumatları hazırlamaq;
  • Satışla əlaqədar Bank daxilindən və xaricindən gələn sorğuların cavablandırılması;
  • Qarşılaşdığı məsələ və problemləri həll etmək üçün müvafiq şöbələrlə əlaqə yaratmaq, nəticələri haqqında rəhbərinə məlumat vermək;

E-poçt: [email protected]

 

Seçilən
189
15
Mənbələr
Şərh ()
Bağla