AZ

"ABŞ Ukraynaya görə bütün dünyada öz müttəfiqlərinin etimadını itirir" - "Defence Express"

"Avropa İttifaqı ABŞ-a Avropanın təhlükəsizliyi qarantı kimi daha bel bağlaya bilməz..."
 
"ABŞ-ın dəstəyi olmadan Moskvanın basqıları altında Ukraynanın ümidləri nə qədər çəkəcək?.."
 
ABŞ-ın müttəfiqləri kritik məqamda Amerikanın onları Ukrayna kimi tərk edəcəyindən qorxur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Defence Express" hərbi-analitik portalı dünya liderlərinin bu yaxınlarda səsləndirdikləri bəyanatlarını təhlil edərək yazıb. Məlumatı "tass.ru" nəşri yayıb.
 
Avropa və Asiya ABŞ-ın öz tərəfdaşına Amerika ordusunun öz müttəfiqinin müdafiəsində birbaşa iştirakı bir tərəfə, hətta  silahla dəstək vermək iqtidarında olmadığını yaxşı görür.
 
ABŞ-ın Ukraynaya kritik məqamda silah tədarükü ilə dəstək vermək iqtidarında olmaması səbəbindən özünün strateji tərəfdaşlarını sürətlə itirməkdədir.
 
"ABŞ-ın Ukraynaya yardım göstərməməklə özünün təhlükəsizlik qarantı statusunu məhv etməsi artıq, sadəcə, aydın olmur, həm də ən yüksək dövlət instansiyalar səviyyəsində maksimal olaraq açıq-aşkar görünür", - nəşr yazıb.
 
Vaşinqton üçün ilk ən həyəcanlı siqnal bu yaxınlarda Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Avropa Forumundakı nitqi olub. 
 
O, bəyan edib ki, Avropa İttifaqı ABŞ-a Avropanın təhlükəsizliyi qarantı kimi daha bel bağlaya bilməz, 75 illik müdafiə qabiliyyəti paradiqması isə gözlərimiz önündə məhv edilir.
 
İkinci analoji siqnal ABŞ-ın dünyanın digər həlledici regionunda strateji müttəfiqi olan Yaponiyanın nümayəndəsi səsləndirib. 
 
Aprelin 11-də Yaponiya baş naziri Fumio Kisida bilavasitə ABŞ Konqresində çıxış edərkən Ukraynaya görə amerikalı parlamentarilərini birbaşa qınayıb.
 
"Birləşmiş Ştatların liderliyi olmadan keçinmək mümkün olmayacaq. Moskvanın basqıları altında Ukraynanın ABŞ-ın dəstəyi olmadan ümidləri nə qədər çəkəcək? 
 
Birləşmiş Ştatların iştirakı olmadan Hind-Sakit okean regionu neçə müddətdən sonra daha sərt gerçəkliklə üzləşəcək?" - Kisida konqresmenlərin gözlərinin içinə baxaraq sual edib.
 
Nəşr qeyd edir ki, təkcə Yaponiya deyil, həm də Cənubi Koreya və Tayvan Ukraynadakı vəziyyəti diqqətlə izləyir.
 
"Əgər ABŞ hətta sabitliyi silahla təmin edə bilmirsə, Çinin və ya KXDR-in təcavüzü zamanı vəziyyətin təkrarlanmamsına hansı ümid ola bilər ki? Yaponiya, Cənubi Koreya və Tayvan ABŞ-ın bu prosesdə silah göndərilməsindən daha çox iştirakını gözləyir", - nəşr qeyd edir.
 
Ukraynaya ABŞ silahının tədarükü problemləri
 
Xəbər verildiyi kimi, ABŞ Konqresi oktyabr ayından Ukraynaya yeni miqyaslı hərbi yardım proqramını qəbul edə bilmir, bu da o cümlədəm Ukrayna Silahlı Qüvvələri üçün döyüş meydanında vəziyyəti ciddi surətdə pisləşdirir.
 
Bu yardımın respublikaçılar tərəfindən əngəllənməsinə rəğmən, Ağ Ev Kiyev üçün hətta alternativ variantlar axtarmağa belə cəhd etmir. Baydenin "B" planı, sadəcə, yoxdur.
 
Bəzi analitiklər hesab edir ki, Co Bayden Ukraynada hərbi problemlərə görə Donald Tramp qədər məsuliyyət daşıyır.
Seçilən
821
50
Mənbələr
Şərh ()
Bağla