AZ

Rusiya yenə Ukraynanın enerji infrastrukturunu bombaladı - Kiyevdəki ən böyük elektrik stansiyası məhv edildi

Rusiya silahlı qüvvələri Ukraynanın dörd regionundakı mühüm enerji infrastrukturu obyektlərinə aviazərbələr ediblər. Ukrayna energetika naziri Qerman Qaluşenko rusların Ukraynanın generasiya qurğularına və məlumat ötürmə sistemlərinə hücum etdiyini deyib.Onun sözlərinə görə, Xarkov, Zaporojye, Lvov, Kiyev vilayətləri enerji infrastrukturuna ziyan dəyib. Artıq energetiklər nəticələrin aradan qaldırılması üzərində işləyirlər.Kiyev vilayətindəki “Tripolskaya” Elektrik Stansiyası isə Rusiyanın raket və pilotsuz təyyarələrlə hücumu nəticəsində tam sıradan çıxarılıb. Bu barədə məlumat yayan “İnterfaks Ukrayna” agentliyi bildirir ki, “Tripolskaya” Elektrik Stansiyası regionda ən güclü elektrik enerjisi istehsalçısı idi.TAHİR

Seçilən
164
30
Mənbələr
Şərh ()
Bağla