AZ

Tehran səmasını bağlayıb: İsrail zərbə endirəcək?

İran "hərbi təlimlər" üçün Tehran üzərində hava məkanını müvəqqəti bağlayıb. Bu barədə Reuters xəbər verir. Daha əvvəl məlumatı İranın "Mehr" agentliyi İranın müdafiə nazirinə istinadən yayıb. Nəşrin məlumatına görə, aprelin 10-da İran vaxtı ilə saat 20:30-da hava hərəkəti dayandırılıb. Lakin bir müddət sonra agentlik məlumatı rəsmi internet saytından və X-dəki hesabından silib.

Milli.Az bildirir ki, analitiklərə görə bu qərar İranın İsrailin hərbi obyektlərinə mümkün hücumu ilə bağlıdır.
Bloomberg daha əvvəl İsrailin yaxın günlərdə İran və ya müttəfiqlərinin böyük bir hücumuna məruz qalacağını bildirmişdi.

Bundan əlavə, İranın xarici işlər naziri Hüseyn Abdullahyan İraq, Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə təcili telefon danışıqları aparıb. Danışıqların təfərrüatları açıqlanmayıb.

Bu arada İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri deyib ki, İsrail "gərəkli anda tərs sillə zərbəsi alacaq".

ABŞ isə Misiri İranın İsrailə qarşı mümkün raket hücumları barədə xəbərdar edib.

"Frankfurter Allgemeine Zeitung"un məlumatına görə, Almaniyanın "Lufthansa" aviaşirkəti "Yaxın Şərqdəki vəziyyət" səbəbindən Tehrana uçuşları dayandırıb. Bunun ardınca Türkiyədən İrana uçuşlar dayandırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
153
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17781
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17397
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16447
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14905
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13860
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11427
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10408
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
10136
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10046
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9828
"Zaur, yenə çaşdın..." - VİDEO
8350
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7189
Minimum əmək haqqı nə qədər arta bilər?
6534
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6224
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5918
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5021
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4936
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4734
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4063