AZ

“Allah şeytanı nə üçün yaradıb? Məgər şəri yaratmaq şər iş deyil?..” -SUAL-CAVAB

“O (Allah), gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər...”- Qurani-Kərim
 
“Od yaratmaq şər deyil, oda toxunmaq pisdir. Əgər insan yanğını nəzarətə götürsə, ondan böyük fayda əldə edə bilər, əks halda yanğın böyük itkilərə səbəb ola bilər...”
 
“Əgər Allah-Təala istəsəydi, şeytana belə bir fürsət verməzdi... Amma... Şeytana verilən insanları azdırmaq fürsəti onun özü üçün ən böyük itki və zərərin səbəbi oldu...”
 
Səmavi dinlərin meydana çıxdığı ən qədim dövrlərdən elmin, texnologiyanın yüksək səviyyədə inkişaf etdiyi bu günədək həmin dinlərin daşıyıcıları olan insanlar arasında belə bir sual hələ də müzakirə mövzusudur: “Allah insanları pis yola yönəldən şeytanı nə üçün yaratmışdır?”. Yaradana şəksiz imanı olan kəslər bir az məntiqi düşünərək bu sualın cavabını asanlıqla tapırlar. Lakin, təəssüf ki, xeyli insan da şübhələr içində yaşamaqda davam edir...
 
Moderator.az mövzuya olan marağı nəzərə alaraq “İslam-today” nəşrinin təqdim etdiyi “Şeytan nə üçün yaradılmışdır? Şəri yaratmaq şər iş deyilmi?” başlıqlı yazını oxucuların diqqətinə çatdırır:
 
Materialda “Mən soruşa bilərəmmi ki, şeytan nə üçün yaradılmışdır? Yoxsa sualı başqa yöndə vermək daha yaxşı olardı... Bununla bağlı müzakirələr aparırıq...” soruşan oxucuya İslam, Quran məntiqi ilə belə cavab verilir:
 
“Cavab:
 
Heç kimin haqqı yoxdur ki, Allah-Taaladan Onun gördüyü işlər barədə sual etsin.  
 
Qurani-Kərim bu barədə buyurur: 
 
“O (Allah), gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər” (əl-Ənbiya, 21/23). 
 
Bununla belə, biz - insanlar, hər bir məsələdə olduğu kimi, bu məsələdə də qəlbimizi və marağımızı sakitləşdirəcək cavab almaq istəyirik. Odur ki, istər-istəməz ağlımıza belə bir sual gələ bilər: “Allah şeytanı nə üçün yaradıb? Şəri yaratmaq şər iş deyilmi?” 
 
Allah-Təala heç bir şeyi şər olsun deyə yaratmaz, əksinə, yaratdığı hər şey xeyir üçün yaradılmışdır. Əksinə, Allahın xeyir üçün yaratdığını biz pisliyə, şərə çeviririk. Məsələn, şeytan oddan yaradılmışdır və ona görə də bu məsələdə bizim üçün ən gözəl nümunə elə oddur. Od yaratmaq şər deyil, oda toxunmaq pisdir. Əgər insan yanğını nəzarətə götürsə, ondan böyük fayda əldə edə bilər, əks halda yanğın böyük itkilərə səbəb ola bilər. Başqa bir misal yağışdır. Xüsusən quraqlıq  yerlərdə yağışın böyük faydası var. Amma əgər kimsə lazımi tədbir görməsə və nəticədə yağış ona zərər verərsə, bu, yağışın yaradılmasının yaxşı olmadığı anlamına gəlməyəcək... 
 
Allah-Təala günah işlətməyə qadir olmayan mələklər və hər bir məsuliyyətdən məhrum olan heyvanlar yaratmışdır.  Uca Allah bu iki məxluqdan əlavə kamillik baxımından mələkləri üstələyə bilən, eyni zamanda ən əhəmiyyətsiz, yaramaz heyvandan da aşağı olmağa qadir olan insanlar da yaratmışdır. Və burada kamilləşmə yolunun insana açıq olması üçün Şeytan imtahan vasitəsi kimi lazımdır. Dünya həyatı əbədi həyatın əkin sahəsidir. İnsanların axirətdə qaldıqları yer olan Cənnət və Cəhənnəm insanın dünya həyatında əməli və imanı ilə yetişdirdiyi meyvələri təmsil edir. Ömrü imanla və saleh əməllərlə keçənlər Cənnətə girməyə layiq olarlar. Dünya həyatında əks yolu seçənlərin sonu isə Cəhənnəmdə olacaq. Əgər insan şeytana və nəfsinə təslim olmasa, ruhən təkmilləşər və mələklərdən daha yüksək səviyyəyə çata bilər. Əks halda insan heyvanların tutduğu səviyyədən aşağı olacaq... 
 
Bildiyiniz kimi, almaz və kömürün əsasını karbon təşkil edir. Lakin atomlar zəncirinin quruluşunda fərqlilik səbəbindən biri almaz, digəri isə kömür oldu. Eyni şəkildə bütün insanların bir əsası var. Bütün insanlar eyni fiziki və mənəvi imkanlara malikdirlər. Ancaq fərq ondadır ki, bəzi insanlar bu imkanlardan düzgün, digərləri isə yanlış şəkildə istifadə edir. Nəticədə bəzi insanların ruhu almaz kimi olur, digər insanların ruhu isə kömür kimidir. Bu məsələnin başqa tərəfi də budur: insan şeytana tabe olmaqla özünə zərər verdiyi kimi, şeytan da “günahı işə salan bu günahı edən kimidir” prinsipinə uyğun olaraq hər dəfə öz üzərinə artan bir məsuliyyət yükü qoyur və bununla da özünün Cəhənnəmdəki əzabını artırar. Əgər Allah-Təala istəsəydi, şeytana belə bir fürsət verməzdi. Onda bu rol insanın nəfsinə tapşırılacaqdı. Amma nəticə dəyişməz qalacaqdı. Şeytana verilən insanları azdırmaq fürsəti onun özü üçün ən böyük itki və zərərin səbəbi oldu..." 
 
“İslam-today”
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın
 
 
 
Seçilən
175
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25984
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25449
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18106
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14854
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14188
Sabah 20 dərəcə isti olacaq
9413
May ayında Azərbaycana qar yağdı - VİDEO
8677
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8416
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8357
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7123
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7090
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6770
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
6540
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6374
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6340
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6319
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5932
Azərbaycan nefti ucuzlaşıb
5821
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5703