AZ

İran XİN Brüssel görüşünə münasibət bildirdi:

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Belçikanın paytaxtı Brüsseldə Ermənistan, ABŞ və Avropa İttifaqının üçtərəfli görüşünə münasibət bildirərkən deyib ki, “Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir”.Senzor.az bildirir ki, bu barədə İRNA məlumat yayıb.Nasir Kənani vurğulayıb ki, Qafqazda sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq vacibdir.“İqtisadi əməkdaşlığın gücləndirilməsi və kommunikasiyaların genişləndirilməsi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında və iqtisadi inkişafda təsirli rol oynayır və bu baxımdan regional strukturların imkanlarından, o cümlədən mübahisələrin sülh yolu ilə həlli, sülh və sabitliyi möhkəmləndirmək və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək üçün “3+3” mexanizmindən yararlanmaq lazımdır”, - diplomat qeyd edib.

Seçilən
199
50
Mənbələr
Şərh ()
Bağla