AZ

"Qarşımızda duran əsas vəzifə Xarkovun müdafiəsidir" - Zelenski

 
"Hazırda Rusiyanın strategiyası Xarkovu tamamilə dağıtmaq və şəhəri özünə tabe etməkdir..."
 
"Ukrayna diplomatlarına yeni HHM sistemləri almaq üçün beynəlxalq tərəfdaşlarla iş aparmaq tapşırığı verilib..."
 
Ukrayna prezidenti Vladimir Zelenski Xarkov vilayətində hava hücumundan müdafiə (HHM) və radioelektron mübarizə (REM) qüvvələrinin möhkəmləndirilməsi niyyətləri barədə məlumat verib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Ali Baş Komandanın Stavkasının iclasının yekunları ilə bağlı bəyan edib. Məlumatı "news.am" nəşri yayıb.
 
"Əsas məsələ Xakovdur, şəhərin Rusiyanın zərbələrindən müdafiəsi, Xarkov vilayətində bizim HHM və REM sistemlərimizin möhkəmləndirilməsi imkanlarıdır", - o, deyib.
 
Həmçinin energetika obyektlərinin fiziki müdafiəsi, dron və raketlərin vurulma effektliyi üzrə hərbçilərin məruzələri dinlənilib.
 
"Diplomatlarımız qarşısında tərəfdaşlarımızla Ukrayna üçün yeni HHM sistemlərinin əldə edilməsi məqsədilə ayrıca vəzifə qoyulacaq", - prezident məlumat verib.
 
Dövlət başçısı mərkəzdə və Xarkovun özündə və Xarkov vilayətində insanların normal yaşayışı üçün çalışanların hamısına minnətdarlıq edib.
 
Bununla birlikdə USQ Baş Komandanı Aleksandr Sırski əsas döyüş istiqamətlərində vəziyyət haqqında məlumat təqdim edib.
 
"Mövqelərimizi qoruyub saxlayırıq, indi əsas məsələ effektiv logistikadır", - prezident əlavə edib.
 
Bundan başqa o, ayrıca olaraq qeyd edib ki, kəşfiyyat və xüsusi xidmətlər Rusiyanın müharibə potensialının azaldılması üçün yeni addımlar üzərində işləyir.
 
Xarkova hücum təhlükəsi - bəlli olanlar
 
Xəbər verildiyi kimi, "The Times" nəşrinin məlumatına görə, Rusiya demək olar ki, hər gün Xarkov şəhərini atəşlərə məruz qoyaraq şəhərin dinc əhalisinə qarşı terror törətməkdə davam edir. Ona görə də hazırda Rusiyanın strategiyası Xarkovu tamamilə dağıtmaq və onu özünə tabe etməkdir.
 
Eyni zamanda Hərbi-hüquqi tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi və siyasi ekspert Aleksandr Musiyenko hesab edir ki, rusiyalılar Xarkova hücum edəcəyi
xülyasını yaratmağa cəhd edir, hərçənd, hərbi nöqteyi-nəzərdən şəhərdə mülki obyektləri atəşə tutmaq məqsədəuyğun deyil. 
 
Onun sözlərinə görə, Rusiyanın şəhəri müntəzəm olaraq atəşə tutulmasının məqsədi əhali arasında təlaş və mənəvi sarsıntı yaratmaq, habelə Rusiya təbliğatı üçün Xarkovun zəbt ediləcəyindən qorxan xarkovluların təcili olaraq şəhərdən çıxması mənzərəsini yaratmaqdır.
Seçilən
192
50
Mənbələr
Şərh ()
Bağla