AZ

Cizgi filmlərinin azyaşlılara şüuraltı TƏSİRİ: Ekspertdən valideynlərə XƏBƏRDARLIQ

“Cizgi filmlərin bir çoxunda şiddət məzmunlu, mənfi davranışlar aşılayacaq səhnələr mövcuddur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında cizgi filmlərinin azyaşlılara şüuraltı təsiri və bu məsələdə valideynlərin diqqət etməsi lazım olan məqamlar haqda danışan psixoloq Ezgi Şahin deyib.

Onun sözlərinə görə, bəzi çizgi filmləri azyaşlı uşaqlarda qorxu, mənfi aqressiv düşüncələr və davranışlar formalaşdıra bilər:

“Azyaşlılar həmin cizgi filmlərini izlədikdə onların mənfi rəqabət hisslərinin, davranışlarının çoxalması görülə bilir. Cizgi filmlərin bir çoxunda şiddət məzmunlu, mənfi davranışlar aşılayacaq səhnələr mövcuddur. Azyaşlı uşaqlar bu cür filmləri izlədikcə həmin səhnələrdə olan davranışları təkrar etməyə çalışırlar. Ona görə də valideynlər övladlarının izlədiyi bütün cizgi filmlərinə xüsusi diqqət yetiməlidir”.

Psixoloq qeyd edir ki, bu məsələdə valideynlər maarifləndirilməlidir. Onun sözlərinə görə, uşaqlar onlarda rəqabəti mənfi yönləndirəcək şiddət məzmunlu cizgi filmlərini izləməməlidir.
“Fikrimcə, bu cür fimlər uşaqlarda şuuraltı olaraq “mən” düşüncəsini yerləşdirir və empati hissini azlada bilir. Düşünürəm ki, valideynlər həm psixoloqlar, həm kütləvi informasiya vasitələri tərəfindən mütamadi olaraq maarifləndirilməlidir”, – psixoloq bildirir.

Mütəxəssis əlavə edib ki, bəzi cizgi filmləri var ki, nəinki azyaşlılara, hətta yetkin insanlara da təsirsiz ötüşmür:

“Hər hansı film gözəllik anlayışını insalara başqa cür aşılayaya bilər. Bu da həmin şəxslərdə özündə gözləllik anlayışının tam formalaşmaması fikrini yarada bilər. Uşaqların azyaşlı olduğu zaman izlədiyi cizgi filmlər yeniyetməlik dövründə tam əks təsir göstərərək, izlədiyi filmin obrazına bənzəmək kimi fikirlərə gətirib çıxara bilər. Bu, çox böyük risk faktorudur”.

İsmayıl Bakuvi

Seçilən
136
5
Mənbələr
Şərh ()
Bağla