AZ

ECB və FED-in fərqli siyasətləri avro/dollarda paritet məsələsini alovlandırır

Avropa Mərkəzi Bankının (ECB) pul siyasətçiləri ABŞ-dakı həmkarlarına nisbətən bu il daha çox faiz endirimi etməyə hazır olduqları üçün avronun dollarla paritetinə (yəni 1 avro=1 dollar) toxunan söhbətlər yenidən qayıdır.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin “Bank of America” və Almaniyanın “LBBW” kimi iri kredit təşkilatları avronun zəifləyəcəyi barədə xəbərdarlıq ediblər. Belə ki, müxtəlif risklərlə mübarizə aparan ECB və Federal Ehtiyatda dərəcələrin aşağı salınmasının fərqli tempi səbəbindən investorların ABŞ dollarına daha çox sığınacağını proqnoz edirlər

“Bank of New York Mellon”un baş strateqi Cefferi Yu deyir ki, avro bu il dollarla paritetə toxuna bilər və cari həftənin cümə axşamı günü ECB-nin azaldılmasını istisna etmir. Reuters-ə qatılan iqtisadçılar konsensus olaraq uçot faiz dərəcəsi ECB tərəfindən 4.5%-də sabit saxlanılacağını proqnoz edirlər.

LBBW-nin baş iqtisadçısı Moritz Kraemer, ECB yumşaldarkən FED-in faiz dərəcələrinni sabit saxlayacağı halında, avro/dollar sadəcə “kərə yağı ilə isti bıçaq” kimi paritetdən keçəcəyini əlavə edib.

234567890

Bank, 2025-ci ildə avronun 1.01 dollara enəcəyini proqnozlaşdırır ki, bu, “Bloomberg”in tərtib etdiyi minimaldır.

Prezident Kristin Laaqardın başçılıq etdiyi ECB rəsmilərinin bu həftə görüşdükləri zaman bölgədə qiymət təzyiqləri azaldığı üçün bazarları iyunun 6-da ilkin endirimə hazırlayacaqları gözlənilir. ABŞ-da isə iqtisadi durum və FED-in fikri fərqlidir. Məsələn, FED konkret bir fikir bildirməsə də, cari ildə mümkün 3 faiz endiriminin belə iqtisadi göstəricilərin gedişində qərar verəcəyini açıqlayıb.

“İnvestorlar üçün ABŞ və Avropa iqtisadiyyatları arasında fikir ayrılığı kəskindir”- deyə, Bloomberg yazır.

Cümə günü ABŞ-da əmək haqqı məlumatları təxminən bir ildə ən çox artdı və işsizlik nisbəti azaldı, bu da iqtisadiyyatı gücləndirən güclü əmək bazarına işarə edir. Avro bölgəsində inflyasiya proqnozlaşdırılandan daha sürətli soyuyur, iqtisadiyyat isə ECB-nin uçot faiz dərəcələri qaldırmağa başladığı 2022-ci ilin üçüncü rübündən yuxarı da deyil.

Digər tərəfdən, 2024-cü ildə ABŞ-FED-nin 60 baza bəndi uçot faiz dərəcəsi endiriminə qarşı 85 baza bəndi endirimə gedərək iqtisadiyyatı stimullaşdırmaq fikrindədir. Gözləntilər artıq valyutaya təzyiq göstərib – avro bu il təxminən 2% ucuzlaşaraq 1.09 dollara düşüb.

“Bank of America”dan Athanasios Vamvakidis başçılıq etdiyi strateqlər qeyd edib ki, yeni enerji şoku olarsa, avro daha da ucuzlaşa bilər.

“J.P. Morgan”ın qlobal valyuta strategiyasının rəhbəri Samuel Ziefin fikrincə, ECB-nin FED-ə nisbətdə verdiyi hər bir əlavə endirim avro-dollar məzənnəsində 1% hərəkətə səbəb ola bilər.

 

Seçilən
42
24
Mənbələr
Şərh ()
Bağla