AZ

Aqrar Sığorta şirkəti 2023-cü ili mənfəətlə başa vurub - HESABAT

Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC 2023cü ilin maliyyə hesabatını açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 57,2 min manat xalis mənfəətlə başa vurub.

Hesabat dövründə, “Aqrar Sığortanın əsas əməliyyat gəlirləri 17 milyon 337 min manata bərabər olub. Gəlirlər son bir il ərzində 8,1 min manat və ya 0,05% artıb.

Əməliyyat gəlirlərinin 16 milyon 873 min manatı xalis sığorta haqları olub. Daha 464 min manat isə sığorta ödənişləri məqsədilə təkrar sığortaçılardan cəlb edilib.

2023-cü ilin sonuna «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» 8,3 milyon manat sığorta ehtiyatları ayırıb. 

“Aqrar Sığorta”nın sair gəlirləri isə kəskin artaraq 79 min manatdan 2,3 milyon manata qədər yüksəlib.

Müştərək sığorta şirkətinin investisiya gəlirləri isə 83,55 min manat olub. Nəticədə 2023-ün sonuna şirkətin cəmi gəlirləri 11 milyon 381 min manat təşkil edib.

2023-cü ildə sığorta şirkətinin əsas əməliyyat xərcləri 8 milyon 845 min manata bərabər olub. Bunun 4,4 milyon manatı sığorta ödənişləri olub. İllik müqayisədə sığorta ödənişləri 2 milyon manat və ya 84% artıb.

Daha 2,7 milyon manat təkrar sığorta haqları kimi ödənilib, 

İşlərin aparılması xərcləri 2 milyon 461 min manat təşkil edib.

2023-cü ildə “Aqrar Sığorta”nın maliyyə mənfəəti 74,2 min manat təşkil edib. Bundan 17 min manat mənfəət vergisi ödənilib, nəticədə şirkətin ilin sonuna olan xalis mənfəəti 57,2 min manat olub.

1 yanvar 2024-cü il tarixinə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin aktivləri 13 milyon 532 min manat, cəmi öhdəlikləri 11 milyon 262 min manat olub.

Sığorta şirkətinin cəmi kapitalı isə 2 milyon 270 min manat təşkil edib.

Seçilən
126
7
Mənbələr
Şərh ()
Bağla