AZ

Ərdoğan Baydenlə Qəzza və Ukrayna müharibəsi barədə riskləri müzakirə edəcək

Hakan Fidan: “Bu iki müharibə qlobal qırılma xətlərinə səbəb olur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında ABŞ-a səfəri zamanı Amerika lideri Co Baydenlə Ukraynadakı müharibənin risklərini müzakirə edəcək. AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, dövlət başçıları arasında keçiriləcək danışıqların gündəliyinə bir çox məsələlər, xüsusilə də ikitərəfli və regional münasibətlər daxildir.
Fidan Ərdoğanın Qəzza zolağındakı vəziyyətə və Ukraynadakı münaqişəyə xüsusi diqqət yetirəcəyini vurğulayıb.
“Bu iki müharibə bölgəmizə aiddir. Eyni zamanda, onlar qlobal qırılma xətlərinə səbəb olur və onların səbəb olacağı digər risk sahələri də var. Prezidentimiz bundan sonra da onlara diqqət çəkəcək və bu məsələlərə həssaslığımızı vurğulayacaq”, - diplomat bildirib.
Bundan əvvəl məlum olub ki, Türkiyə Prezidenti mayın 9-da ABŞ-a səfər edəcək və orada amerikalı həmkarı ilə görüşəcək. Bu səfər Ərdoğanın Baydenin Prezident olduğu dövrdə ABŞ-a ilk səfəri olacaq.

Seçilən
162
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq