AZ

Şakiranın özündən 16 yaş kiçik yeni sevgilisi kimdir?

Kolumbiyalı müğənni Şakira 31 yaşlı britaniyalı aktyor Lucien Laviscount ilə sevgilidir. 

 

Sfera.az bildirir ki, Şakira və "Emily in Paris" serialının ulduzu Lucien "Punteria" mahnısına çəkdirdiyi klip zamanı tanış olub. Cütlüyün  aralarında qığılcım yaranıb. 
Müğənninin dostları isə gənc aktyorun Şakiranın köməyi ilə karyerasını yüksəltmək istədiyindən şübhələnir və onun hisslərinin saflığına həqiqətən də inanmırlar.

 

Klip yayımlandıqdan bir neçə gün sonra cütlük Nyu-Yorkdakı İtalyan restoranında şam yeməyi yeyərkən çəkilib.


Dostların sözlərinə görə, Şakira, 10 ildən çox birlikdə yaşadığı Gerard Pikeni hələ də unuda bilmir və onun bütün yeni münasibətləri sadəcə keçid cəhdidir.

 

Şakira özü isə etiraf edib ki, o, ispan futbolçu ilə ayrıldıqdan sonra bütün ağrılarını yaradıcılığa köçürüb. Bütün bunlar karyerasında sayca 12-ci olan yeni "Las Mujeres Ya No Lloran" albomunda öz əksini tapır. 


"Həyatımın o qədər çox parçaları var ki, gözümün qabağında dağılırdı və mən yerdən qırıqları götürüb hamısını bir yerə yığaraq özümü birtəhər bərpa etməli oldum. Hamısını birləşdirən yapışqan isə musiqi idi. Uzun müddətdir ki, "Jerardın futbol oynaya bilməsi üçün onun yanında olmaq üçün karyeramı bir müddət təxirə salmışdım. Sevgi üçün çox şey qurban verməli oldum"-deyə Şakira bildirib.

 

Lucien daha əvvəl müğənni Kerri Katona ilə sevgili olub. O, Kerri ilə 2011-ci ildə Tv proqramında tanış olub. Onlar verilişdə öpüşərkən və qucaqlaşarkən lentə alınıb.

 

Lucien həmçinin müğənni Cessi Nelsonla münasibətdə də şübhəli bilinirdi. Onlar 2021-ci ilin noyabrında Londonda öpüşərkən lentə alınıb.

 

Aysel

Sfera.az

Seçilən
170
11
Mənbələr
Şərh ()
Bağla