AZ

Avropada faizlər ABŞ-dan daha tez endirilə bilər – Financial Times

Avropa Mərkəzi Bankı pul siyasətini yumşaltmağa ABŞ Federal Ehtiyat Sistemindən əvvəl başlaya bilər.

Musavat.com xəbər verir ki, bu barədə ekspertlərə istinadən Financial Times yazıb.

Ekspertlər hesab edirlər ki, Avropada inflyasiya ABŞ-dan daha sürətlə azaldığına görə sərt monetar siyasətin yumşaldılmasına daha tez başlanması real görünür.

Mart ayında avrozonada istehlak qiymətlərinin artım tempi fevraldakı illik 2,6 faizdən 2,4 faizə düşərək keçən ilin noyabrından bəri ən aşağı səviyyəyə enib. Ərzaq və enerji xərclərini nəzərə almayan baza inflyasiyası mart ayında 2022-ci ilin fevral ayından bəri ən aşağı göstəricidir - 2,9 faiz.

Bu arada, ABŞ-da FED tərəfindən izlənilən əsas inflyasiya göstəricisi olan PCE indeksi fevral ayında bir ay əvvəl 2,4 faizdən 2,5 faizə qədər sürətlənib. Ərzaq və enerji xərclərini nəzərə almayan PCE Core indeksində artım 2,9 faizdən 2,8 faizə qədər azalıb.

FED sədri Cerom Pouell aprelin 3-də Stanfordda FED-in inflyasiya ilə mübarizəsinin bitmədiyini deyib: "Biz inflyasiyanın 2 faizə doğru davamlı şəkildə irəlilədiyinə daha çox əmin olana qədər faiz dərəcəsini azaltmağın məqsədəuyğun olacağını düşünmürük”.

Faiz nisbəti dəyişdirmə bazarına əsaslanaraq, treyderlər FED və İngiltərə Bankının 2024-cü ildə dərəcələri iki-üç dəfə (25 baza bəndi), Avropa Mərkəzi Bankının(ECB) isə ən azı üç dəfə azaldacağını gözləyirlər.

PGIM Fixed Income-nin Avropa bazarları üzrə baş iqtisadçısı Katarina Naes deyir ki, avrozonadakı inflyasiya ilə bağlı "cəmləndirici" məlumatlar ECB-nin FED-dən fərqli olaraq iyun ayında dərəcələri azaltmasını tələb edir.

İspaniya Bankının rəhbəri və ACB İdarə Heyətinin üzvü Pablo Hernandez de Kos, avrozonada inflyasiya dinamikası ilə bağlı son hesabatı şərh edərkən, ACB üçün əsas ssenarinin iyun ayında uçot dərəcəsinin endirilməsi olduğunu bildirib.

Financial Times yazır ki, ECB-nin növbəti iclası gələn həftə keçiriləcək və çox güman ki, siyasətin yumşaldılmasına yaxınlaşdığını açıq şəkildə bildirəcək.

Lakin ekspertlərin bir qismi hesab edir ki, Avropa tənzimləyicisinin hələ də ehtiyatlı olmaq üçün səbəbləri var. Birincisi, Avrozonada xidmət sektorunda inflyasiya yüksək olaraq qalır, ikincisi, Federal Ehtiyat Sistemi ilə monetar siyasətdə əhəmiyyətli fikir ayrılığı valyuta və borc bazarlarında kəskin dalğalanmalara səbəb ola bilər.

Qeyd edək ki, hazırda FED-in baza dərəcəsi illik 5,25-5,5 faiz, İngiltərə Bankı - 5,25 faiz təşkil edir. ECB əsas kredit faiz dərəcəsini 4,5 faiz, depozit faizini 4 faiz və marja borc vermə faizini 4,75 faiz səviyyəsində saxlayır.

Musavat.com

Seçilən
125
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3372
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3253
Bu yol qovşağında təmir işləri aparılacaq
2729
Bakıda hoteldə yanğın başlayıb
2287
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1396
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1380
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1251
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1086
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1069
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
881
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
844
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
806
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
801
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
762
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
752
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
740
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
719
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
702
Sabah 5 kəndin qazı kəsiləcək
697