AZ

İsmayıl Hacıbəyovun yaradıcılıq gecəsi keçirildi - FOTO

Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə  layihəsi  olan  "Muzeydə Musiqi Gecələri" çərçivəsində növbəti portret-konsert keçiriləcək.  1 aprel saat 19:00-da Muzey Mərkəzində (III mərtəbə, akt zalı) baş tutan portret-konsert bu dəfə bəstəkar İsmayıl Hacıbəyovun (1949-2006) yaradıcılığına həsr olunmuşdur.

İsmayıl Hacıbəyov neoklassisizmi yaradıcılığının ayrılmaz keyfiyyətlərindən birinə çevirmiş, ona qarşı fərdi münasibətini formalaşdırmağı bacarmış Azərbaycan bəstəkarıdır. Aşıq musiqisinin daxili filtrasiyası, eyni zamanda bəstəkarın mükəmməl mənimsədiyi Qərbi-Avropa musiqisinə xas polifonik üslub və metodlarının sintezi nəticəsində "neoklassisizm" onun yaradıcılığında özünəməxsus saflıqla, büllur halında təzahür etmişdir.  Q.Qarayevin sinfində bəstəkarlıq təhsili almış Hacıbəyov 1974-cü ildən ömrünün sonuna qədər Ü.Hacıbəyli adına  Bakı Musiqi Akademiyasında bəstəkarlıqdan dərs demişdir.  İ.Hacıbəyov  "Albomdan səhifələr",  "Üç idilliya", "Konsertştük", "İstəklər", "Konsertino", simfonik orkestr üçün "Naxışlar" və musiqi  irsimiz üçün əhəmiyyətli sayılacaq bir sıra digər əsərlərin müəllifidir. Onun Ü.Hacıbəyovun "Cəngi" əsərinə müraciətlə yazılmış "Cəngi" fortepiano rapsodiyası milli neoklassisizmin parlaq nümunəsi hesab olunur. Bu konsertdə bəstəkarın kamera əsərləri ifa olunub.

Qeyd edək ki, "Muzeydə Musiqi Gecələri" layihəsinin əsas məqsədi  Azərbaycan bəstəkarlarının portret-konsertlərini təşkil edərək onların yaradıcılığının xüsusiyyətlərini işıqlandırmaq, beləliklə müəllif musiqisinin təqdimatına daha çox zaman ayırmaq və bu minvalla ölkəmizdə keyfiyyətli musiqinin auditoriyası quruculuğu proseslərinə töhvə verməkdir. Artıq layihə çərçivəsində Azərbaycan bəstəkarları Tahir İbişov, Rəhilə Həsənova və  Xəyyam Mirzəzadənin portret-konsertləri keçirilmişdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
14
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3379
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3284
Bu yol qovşağında təmir işləri aparılacaq
2749
Bakıda hoteldə yanğın başlayıb
2320
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1418
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1406
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1384
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1253
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1089
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1074
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
892
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
849
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
826
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
809
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
770
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
760
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
756
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
729
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
718
Sabah 5 kəndin qazı kəsiləcək
706