AZ

Blinkenin təyyarəsində nasazlıq yarandı

ABŞ dövlət katibi Antoni Blinkenin təyyarəsi Fransada xarab olub, nümayəndə heyəti Brüsseldə keçiriləcək NATO nazirlərinin toplantısına maşınla getməyə məcbur olub.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

“Dövlət Departamentinin sözçüsü Blinkenin Fransaya uçduğu təyyarədə texniki problemlər olduğunu bildirdi. Blinken nümayəndə heyəti Parisdən NATO-nun Brüsseldəki mənzil-qərargahına avtomobillə gedib”, - materialda deyilir.

Problem Boeing 737-də aşkar edilib və Belçikaya təxminən 300 km-lik məsafə avtomobillə qət edilməli olub.

Seçilən
92
13
Mənbələr
Şərh ()
Bağla