AZ

Bakıda qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb - FOTO\VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Bu çərçivədə, Bakı şəhəri, Xəzər rayonunun Zirə və Şüvəlan qəsəbələri ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Seçilən
113
44
Mənbələr
Şərh ()
Bağla