AZ

Xəzər rayonunda qanunsuz tikililər sökülüb

Bakı, 3 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məluma görə, Bakı şəhərinin Xəzər rayonunun Zirə və Şüvəlan qəsəbələrində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkarlanıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

 

Seçilən
136
32
Mənbələr
Şərh ()
Bağla