AZ

Azərbaycanın turizm imkanları İsraildə sərgilənir - FOTO

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2024) sərgisində təbliğ olunur.
 
Moderator.az bu barədə agentliyə istinadən xəbər verir.
 
Məlumata görə, sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ Turizm Mərkəzi" QSC daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.
 
Milli stendi Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ziyarət edib. Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, zəngin milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri, adət-ənənələri, mədəni irsi, UNESCO-n un Ümumdünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılırlar. Bundan əlavə, qonaqlar ölkənin mədəni landşaftının unikallığını nümayiş etdirən Azərbaycanın qədim yəhudi irsi haqqında məlumat əldə edirlər. Stendin ziyarətçiləri üçün Azərbaycanın milli şirniyyatları və yerli şərablarını dequstasiya etmək şəraiti yaradılır.
 
Sabah başa çatacaq sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.
 
2023-cü ildə Azərbaycanı 29 093 İsrail vətəndaşı ziyarət edib.
Seçilən
125
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4542
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3952
Bu yol qovşağında təmir işləri aparılacaq
3428
Bakıda hoteldə yanğın başlayıb
2927
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
2047
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1882
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1728
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1696
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1604
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1438
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1418
Azərbaycan nefti ucuzlaşıb
1386
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1357
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1343
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1164
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1161
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1125
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1110
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1048
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
956