Qəzzada Birləşmiş Millətlər Təşkilatının (BMT) 176 əməkdaşı öldürülüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı vəziyyətlə bağlı BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyindən (UNRWA) açıqlama verilib.
Açıqlamada UNRWA-nın 176 əməkdaşı İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyatını itirdiyi bildirilb.
Həmçinin bildirilib ki, UNRWA-nın Qəzzanın şimalına ərzaq və digər əsas ehtiyacları çatdırmasına İsrailin maneələri davam edir.
Gülay