AZ

"Liverpul"un sabiq oyunçusu biznesmen oldu

“Liverpul”da çıxış edən futbolçu Daniel Aqger bir neçə il əvvəl idmandan ayrılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2006-cı ildə Aqger “Brondbü”ni “Liverpul”a dəyişib. O, səkkiz il İngiltərə komandasında çıxış edib. Bu müddət ərzində o, 232 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. “Liverpul”dan ayrıldıqdan sonra “Brondbü”də daha iki mövsüm oynayıb.

2016-cı ildə sağlamlıq problemlərinə görə futbolçu karyerasını başa vurub və sonra İspaniyaya yollanıb. “Liverpul”un keçmiş müdafiəçisi həyat yoldaşı ilə birlikdə Marbelyada məskunlaşıb.

Eyni zamanda, danimarkalı futbolçu “KloAgger” kanalizasiya şirkətini idarə edib. Məşhur futbolçuya məxsus şirkət əsasən Danimarkanın kiçik Vidovre qəsəbəsində işləməsinə baxmayaraq, çox gəlirli idi. 2019-cu ildə ümumi gəlir təxminən 450.000 funt sterlinq olub.

Ancaq bir neçə ildən sonra Aqger biznesini satmaq qərarına gəlib. Ona və qardaşına məxsus biznes “Recovery” şirkətinin əlinə keçib. Bununla belə, media danimarkalının “KloAgger” satışından nə qədər qazandığını açıqlamayıb.

Lakin son vaxtlar 39 yaşlı futbolçu özünü başqa biznesdə sınayır. “Liverpul”un keçmiş futbolçusu döymə salonu açıb. Üstəlik, o, özü döymə sənətçisi kimi fəaliyyət göstərməyə imkan verən lazımi ixtisasları da alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
40
Mənbələr
Şərh ()
Bağla