AZ

Qəzzada 176 BMT əməkdaşı öldürülüb

Qəzzada Birləşmiş Millətlər Təşkilatının 176 işçisi öldürülüb.

Bakupost.az xəbər verir ki, Qəzzadakı vəziyyətlə bağlı BMT Fələstinli Qaçqınlara Yardım Agentliyindən (UNRWA) açıqlama verilib.

Bildirilib ki, UNRWA-nın 176 əməkdaşı İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyatını itirib.

Açıqlamaya görə, UNRWA-nın Qəzzanın şimalına ərzaq və digər əsas ehtiyacları çatdırmasına İsrailin maneələri davam edir.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, İsrail martın 1-dən etibarən Qəzzanın şimalına həyata keçirilməsi planlaşdırılan humanitar yardım missiyalarının 30 faizini rədd edib.


Elnur
BakuPost

Seçilən
131
25
Mənbələr
Şərh ()
Bağla